Digər

Paytaxtda intihar edən şəxsin kimliyi müəyyənləşib

Metbuat.az

[ 24 Mart 2015 13:06 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda intihar edən şəxsin kimliyi müəyyən edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində martın 20-də 5 mərtəbəli yaşayış evinin 4-cü mərtəbəsinin pəncərəsindən özünü atan şəxsin Quba rayon sakini Aqşin Babayev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.