Dünya

Pakistanın Xayber-Paxtunxva əyalətində keçirilən əməliyyatlarda azı 15 terrorçu məhv edilib

Metbuat.az

İslamabad, 29 mart,

AZƏRTAC

Pakistan ordusunun yaydığı məlumata görə, ölkənin Xayber-Paxtunxva əyalətində hökumət qüvvələri ilə terrorçular arasında toqquşma olub.


Hökumət qüvvələri terrorçuların yerini müəyyənləşdirərək mühasirəyə alıb və bundan sonra güclü atışma baş verib.


Atışmada azı 15 terrorçu məhv edilib. Hökumət qüvvələrindən 3 adamın yaralandığı bildirilir.


Xatırladaq ki, Pakistan hərbçiləri ötən ilin sonlarından ölkənin şimal-qərbində terrorçu qruplaşmalara qarşı əməliyyatlara başlayıb. İndiyədək “Əl-Qaidə”, “Taliban”, “Şərqi Türküstanın İslam Hərəkatı”, “Özbəkistan İslam Hərəkatı” kimi terror təşkilatlarının 1200-dən artıq üzvü məhv edilib.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad