Pakistanda partlayışlar: ölənlən var
Lahor şəhərində xristianların yaşadığı ərazidə partlayışlar törədilib
Pakistanın Lahor şəhərində xristianların yaşadığı ərazidə partlayışlar törədilib.
Anspress
-in məlumatına görə, rəsmilərin iki bombanın partlaması nəticəsində azı 10 nəfər həlak olduğunu bildirirlər. Youhanabad ərazisindəki kilsələrin yaxınlığında baş vermiş partlayışlarda azı 50 adam xəsarət alıb.
Yerli media isə ölənlərin 14 nəfər olduğunu deyir.
Şahidlər partlayışın canlı bomba tərəfindən həyata keçirildiyini bildirsələr də, polis bunu təsdiq etməyib.
Partlayışlardan az sonra zorakılıq müşahidə olunan nümayişlər başlayıb. İştirakçılar təhlükəsizlik tədbirlərinin görülməməsinə etiraz edib.
Pakistanın Xristian icması tez-tez silahlıların hücumuna məruz qalır. Partlayışları Pakistan Talibanlarının filialı olan və özünü Camatul Ahrar adlandıran qrup öz üzərinə götürüb.
Milli.Az