Digər

Özündən iki dəfə kiçik kişini bıçaqladı

Metbuat.az

30 yaşlı Zaqatala rayon sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.



"Kanal S" (Region TV) xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə martın 7-si axşam saatlarında rayonun Kəpənəkçi kəndində baş verib. Kəpənəkçi kənd sakinləri, 30 yaşlı

Anar Rəsul oğlu Hüseynov

və 58 yaşlı

Haqverdi Xəlil oğlu Əliyev

arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Haqverdi Əliyev üzərində gəzdirdiyi bıçaqla Anar Hüseynova bir neçə xəsarət yetirərək hadisə yerini tərk edib. Anar Hüseynov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.



Hadisəni törədən Haqverdi Əliyev isə keçirilmiş tədbir nəticəsində tutularaq istintaqa təhvil edilib. Zaqatala RMX-dan verilən məlumata görə, Anar Hüseynova sol budun yuxarı hissəsinin kəsilmiş və deşilmiş, sinənin isə kəsilmiş yarası dioqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan bu gün səhər saatlarında Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.



Milli.Az