Digər

"Özüm üçün almışam, 2-3-5 il çəkəcəkdim" - VİDEO

Metbuat.az
Qazax sakini Bakıda 8 kiloqram narkotik vasitə ilə saxlanılıb

Bakı şəhərinin Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat keçirilib. Polislər Qazax rayon sakininin maşınında 8 kiloqram marixuana aşkar ediblər.



Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində əməliyyat keçiriblər. Dünən günorta saatlarında baş tutan əməliyyat-axtarış tədbirləri nəticəsində 49 yaşlı, Qazax rayon sakini, əvvəllər məhkum olunmuş

Ceyhun Vəliyev

saxlanılıb. Onun üzərindən iki ədəd qutuda qablaşdırılmış, ümumi çəkisi 7,37 qram olan, dövriyyəsi qanunla qadağan edilmiş qurudulmuş marixuana tapılıb.


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ceyhun Vəliyevin “VAZ-2107” markalı avtomobilinə keçirilən baxış zamanı isə əlavə olaraq, ümumi çəkisi  8 kiloqramdan çox olan qurudulmuş marixuana aşkarlanıb.



Ceyhun Vəliyev (saxlanılan şəxs): "Özüm üçün İran vətəndaşından almışam. 2-3-5 il çəkəcəkdim".



Toplanmış materiallar Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin, Təhqiqat şöbəsinə təhvil verilib.



Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.



Region TV

Videonu izləmək üçün şəklə klikləyin.