Dünya

Özbəkistanda prezident seçkiləri başa çatıb

Metbuat.az

Özbəkistanda keçirilən növbəti prezident seçkiləri başa çatıb. Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası açıqlama verib.



Trend

xəbər verir ki, martın 29-da keçirilən seçkilərdə Özbəkistandakı bütün siyasi partiyalarını təmsil edən dörd namizəd iştirak edib. Onlar Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı

İslam Kərimov

, “Milli Dirçəliş” Demokratik Partiyasından

Akmal Saidov

, Özbəkistan Xalq-Demokratik Partiyasından

Xotamjon Ketmanov

və “Ədalət” Sosial- Demokrat Partiyasından

Narimon Umarov

dur.



Seçkilərin yekunları ilə bağlı Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri

Mirzə-Uluqbek Abdusalamov

məlumat verib ki, seçki prosesində ölkə üzrə 14 dairə və 9 mindən artıq seçki məntəqəsi, xarici ölkələrdə isə 44 məntəqə fəaliyyət göstərib. Seçki prosesini 43 ölkədən və 5 beynəlxalq təşkilatdan 300-dən çox müşahidəçi izləyib.



Komissiya sədri bildirib ki, seçki siyahılarında səsvermə hüququ olan 20 milyon 798 min 52 seçicinin adı var: "Onların 18 milyon 928 min nəfəri səs verib. Bu da seçicilərin 91 %-i təşkil edir. Bu, o deməkdir ki, seçkilər baş tutub".



Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri

Məzahir Pənahov

un rəhbərlik etdiyi nümayəndə heyəti Səmərqənd şəhərində səsvermə prosesinin gedişini izləyib.



Azərbaycandan olan digər nümayəndə heyəti isə Müstəqil Dövlətlər Birliyi müşahidəçilər missiyasının tərkibində seçki prosesini izləyib.



Milli.Az