Digər
Özbəkistan prezidenti seçkilərində Bakıda seçicilərin hamısı səs verib
Özbəkistan prezidenti seçkiləri çərçivəsində Bakıda seçki məntəqəsində qeydə alınmış seçicilərin hamısı səs verib. Bu barədə Trend-ə Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildiriblər ki, səs verənlərin sayı 200-ə çatıb.
Bakıdakı məntəqə Özbəkistan səfirliyində (ünvan: Bakı ş., Badamdar qəs., birinci şose, 9-cu döngə, ev 437) səs vermə saat 20:00-da dayandırılıb.
Prezidentliyə hazırkı dövlət başçısı İslam Kərimov daxil olmaqla 4 namizəd var.
Milli.Az
Milli.Az