Dünya

Özbəkistan Prezidenti : Novruz sülhə, əmin-amanlığa, barışa çağırış bayramıdır

Metbuat.az

Daşkənd, 22 mart,

AZƏRTAC

Daşkənddəki Əlişir Nəvai adına Milli Parkda böyük Novruz şənliyi keçirilib.


Şənlikdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, diasporumuzun üzvləıri də iştirak ediblər.


Özbəkistan Prezidenti İslam Kərimov Novruz bayramı münasibətilə iştirakçıları və ölkədə yaşayan bütün xalqların nümauyəndələrini bayram münasibətilə təbrik edib. Prezident bildirib ki, Novruz Şərq təqviminə görə yeni ilin başlanğıcıdır. Novruz həm də sülhə, əmin-amanlığa, barışa çağırış bayramıdır.


Həmin gün paytaxtdakı Babur adına parkda da böyük Novruz şənliyi keçirilib.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd