Digər
Ötən il penitensiar müəssisələrdə 601 cinayət hadisəsinin qarşısı alınıb
[ 05 Mart 2015 19:40 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il Azərbaycanda cəzaçəkmə müəssisələrində əməyə cəlb olunanların sayı artaraq 5100-dən çox olub.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.
Hesabatda qeyd edilib ki, məhkumlar tərəfindən vurulmuş ziyan üzrə zərərçəkmişlərə 2013-cü illə müqayisədə iki dəfə artıq – 2 milyon manatdan çox vəsait ödənilib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində penitensiar müəssisələrdə 601 cinayət hadisəsinin qarşısı alınıb.