Ölkə
Ötən gün yol-nəqliyyat hadisələri zamanı 9 nəfər xəsarət alıb
Bakı, 13 mart,
AZƏRTAC
Martın 12-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 75 cinayət faktından 35-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 31 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 40 nəfər tutulub.