Ölkə
Ötən gün qeydə alınmış 65 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb
Bakı, 30 mart,
AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində qeydə alınmış 65 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 29 nəfər tutulub.