Orta aylıq əməkhaqqı 350 manata çatdırılacaq
Bunun üçün Vergilər Nazirliyi və Dövlət Neft Fondu proqnozları yerinə yetirməlidir
2009-cu ilin dövlət büdcəsi layihəsin orta aylıq əmək haqqının 350 manata çatdırılması nəzərdə tutulub. Bu isə vergi daxil olmalarından və neft gəlirlərin hesabına baş verməlidir.
Lent.az-ın məlumatına görə, gələn ilin büdcəsində gəlirlərin 5 milyard 750 milyon manatı Vegilər Nazirliyi tərəfindən daxil olması proqnozlaşdırılıb. Neft sektorundan gələn gəlirlərin həcmi isə 2 milyard 680 milyon manat manat olacaq.
Hökumətin proqnozlarına görə, həm Vergilər Nazirliyi, həm də Dövlət Neft Fondu proqnozlara əməl etsə, gələn ilin birinci yarısından sonra ölkədə orta əməkhaqqını 350 manata çatdırmaq mümkün olacaq.
Xatırladaq ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 12 milyard 177 milyon, xərcləri 12 milyard 355 milyon manat miqdarında proqnozlaşdırılır. 2009-cü ildə büdcə xərcləri ötən illə müqayisədə 1 milyard 294 milyon manat çox olacaq. Xərclərin 3 milyard 70 milyon manatı qeyri-neft sektorundan formalaşmalıdır.
Elxan SALAHOV