“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan naxçıvanlı şagirdlər Bakı şəhərinə yola düşdülər
Naxçıvan, 21 mart, Tural Kəngərli,
AZƏRTAC“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından 160 nəfər IX-XI sinif şagirdi 20 bələdçi-müəllimin müşayiəti ilə martın 21-də Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşdülər.
AZƏRTAC
xəbər verir ki, naxçıvanlı şagirdlər Bakıda dörd qrupa bölünərək Lənkəran, Astara, Masallı, Quba, Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Göygöl, İsmayıllı, Şəki, Qəbələ istiqamətlərində səfər edəcək, həmin rayonlarda tarixi və qədim abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-alsiya məktəblilərin səfər etdikləri bölgələrin bugünkü inkişaf səviyyəsi ilə də tanış olmasına şərait yaradacaq.
Eyni zamanda, martın 21-də Azərbaycanın 20-dək bölgəsindən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan şəhərinə gəldilər. Dörd günlük tur-aksiya çərçivəsində şagirdlər muxtar respublikanın tarixi abidələri ilə yanaşı, müasir inkişafı ilə də yaxından tanış olacaqlar.