Ölkə

“Ölkəmizi tanıyaq” tur-aksiyası şagirdlərin yaddaşında silinməz izlər buraxacaq

Metbuat.az

Qusar, 18 mart, Elxan Yusifli,

AZƏRTAC

Dövlətimizin başçısının tapşırığı ilə “Ölkəmizi tanıyaq” layihəsi üzrə keçirilən maarifləndirici tur-aksiya respublikamızın tarixinin daha yaxından öyrənilməsi və şagirdlərin dünyagörüşünün artması üçün böyük əhəmiyyətə malikdir. Qrupumuzdakı uşaqların hamısı ilk dəfədir Azərbaycanın şimal bölgəsinə səfər edirlər. Onların sevincini sözlə ifadə etmək mümkün deyil.


Bu sözləri

AZƏRTAC

-a müsahibəsində ekskursiya zamanı məktəblilərdən ibarət qrupu müşayiət edən Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin müəllimi Feyruz Novruzov bildirib.


O deyib: “Şagirdlərə coğrafiya dərslərində Azərbaycanın bütün bölgələri haqqında, o cümlədən tarixi yerlər barədə məlumat verilir. Amma kitablarda haqqında oxuduqları rayonları, buradakı tarixi, mədəni abidələri gəlib əyani görmək daha effektlidir. Əminəm ki, bu səfər şagirdlərin yaddaşında silinməz izlər buraxacaq”.