Şou
Oksana ilə İlhamənin Hindistanda pulu qurtardı
Müğənni İlhamə Qasımova və rəqqasə Oksana Rəsulova “ATV Maqazin”ə açıqlama verib.
Axşam.az-ın məlumatına görə, Hindistandan yeni qayıdan rəfiqələr başlarına gələn maraqlı hadisələrdən danışıblar.
İ.Qasımova səfər zamanı pullarının qurtardığını deyib:
“Hindistanın çox şəhərini gəzdik. 40 gün orada qaldıq. Axırda pulumuz qurtardı. Nə yaxşı ki, dönüş biletimizi əvvəldən almışdıq”.
O.Rəsulova orada serial təklifi almasından xəbər verib:
“Üç serial təklifi almışam. Ən yaxşısını seçməyi istəyirəm. Hind rəqsi üzrə Azərbaycanda məndən güclüsü yoxdur. Mənim davamçım ancaq tələbələrim ola bilər”.