Digər
Anspress
Milli.Az
Oğrular qarət etdikləri evi yandırdılar
Masallıda evlərdən birini qarət etdikdən sonra yandırıblar.
Anspress
-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon sakini
Şöhrəddin Məmmədovun evi yanaraq külə dönüb.
Araşdırmalar zamanı məlum olub ki, ev yandırılıb. Həm də, yandırılmamışdan əvvəl mənzili qarət ediblər. Hadisə barədə araşdırmalar aparılıb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş və sonradan evi yandırmış şəhər sakinləri, əvvəllər məhkum olunmuş
Məhəmməd Tahirov, Asim Əzizovvə əvvəllər məhkum olunmuş
Zaman Hüseynzadətutulublar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az