Digər

"Oğru dünyası"nda təmizləmələr: "Lotu Quli"yə müharibə elan edildi

Metbuat.az

Hazırda Bakıdakı 8 saylı kolonda cəza çəkən və daha çox “Lotu Quli” kimi tanınan azərbaycanlı “vor zakon”

Nadir Səlifov

un kiçik qardaşı

Namiq Səlifov

dünən oğru titulundan məhrum edilib.



Virtualaz.org

saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 38 yaşlı Namiq Səlifovla bağlı bu qərar Moskvada keçirilən “sxodka”da qəbul olunub. Həmin “sxodka”nı isə nüfuzlu “qanuni oğru” Zaxari Kalaşov (“Şakro Molodoy”) təşkil edib. Həmin “sxodka”da Namiq Səlifovdan başqa daha 11 “vor zakon” bu tituldan məhrum edilib.



Onların arasında “Lotu Quli”nin ad verdiyi digər "oğru"lar - 35 yaşlı Rafət Əlirza oğlu Əmirov (“Rafet Əlibayramlinski”) və 39 yaşlı Ceyhun Nəbi oğlu Əsgərov (“Ceyhun Gəncinski”) da var.



“Oğru dünyası”ndakı irimiqyaslı təmizləmələrin ideya müəllifi kimi “Şakro Molodoy” və yaxın ətrafı göstərilir.



Milli.Az