Dünya

Odessada partlayış baş verib

Metbuat.az

[ 12 Mart 2015 05:36 ]


Bakı-APA. Ukraynanın Odessa şəhərində partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident  “Samopomoş” partiyasının qərargahının yerləşdiyi  binada qeydə alınıb.

“Partlayış yerli vaxtla saat 00:30-da binanın girəcəyində, 1-ci mərtəbədə baş verib”, deyə Ukrayna DİN-in Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Şabliyenko bildirib.

Onun sözlərnə görə, hadisə zamanı zərərçəkən olmayıb. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirir.

Xatırladaq ki, martın 5-də Odessada “Sağ sektor” təşkilatının ofisində partlayış törədilmişdi.