Dünya
Mənbə
ANS PRESS
Odessada güclü partlayış
Ukraynanın Odessa şəhərində güclü partlayış hadisəsi baş verib.
ANS PRESS-in "UNN"a istinadən verdiyi məlumata görə, hadisə “Sağ sektor”un yerləşdiyi binada qeydə alınıb.
Partlayış o qədər güclü olub ki, yaxınlıqda olan evlərin və avtomobillərin şüşələri sınıb.
İlkin məlumatlara görə hadisə nəticəsində xəsarət alan olmayıb.
Xəbərdə qeyd edilir ki, “Sağ sektor”un Odessa bölməsi ofisə yeni köçmüşdü.
Partlayışın səbəbləri və terror ehtimalı araşdırılır.
Mənbə
ANS PRESS