Digər

Novxanıda yanğın

Metbuat.az

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Novxanı kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yanğınsöndürənlər tərəfindən köməkçi tikilinin içərisində həcmi 40 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bitişik ev yanğından mühafizə olunub.



Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Milli.Az