Ölkə

Novruzəli Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Metbuat.az

[ 04 Mart 2015 15:06 ]



Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Novruzəli Davud oğlu Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, N.Aslanov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xidmətlərinə görə təltif olunub.