Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək
Bakı, 10 mart,
AZƏRTAC
Novruz bayramı ilə əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə martın 14-dən 19-dək Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər.
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yerlərə təhkim olunacaq, satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar laboratoriyalarla təmin olunacaq.
Yarmarkaların keçiriləcəyi ünvanlar barədə əlavə məlumat veriləcək.