Ölkə

Novruz bayramı ilə əlaqədar Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılıb

Metbuat.az

Bakı, 14 mart,

AZƏRTAC

 


Novruz bayramı ilə əlaqədar martın 14-də Bakının rayonlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılıb.


AZƏRTAC

xəbər verir ki, yarmarkaların təşkilindən məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınmasıdır.


Məhsulların keyfiyyəti ciddi yoxlanılır və bazarlardakından 25-30 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 – 5,5 manata, quş əti 2,5 – 2,8 manata, alma 50 qəpik – 1 manata, nar 1 - 1,5 manata, kişmiş 2 - 4 manata, xurma 4 manata, fındıq 5 - 5,5 manata, qoz ləpəsi 10 manata, fındıq ləpəsi 9 - 10 manata, armud 80 qəpik - 1 manata, kələm 70 - 80 qəpiyə, kartof 60 - 90 qəpiyə, soğan 60 - 70 qəpiyə, yumurta 5 - 7 qəpiyə təklif olunur.


Martın 19-dək davam edəcək yarmarkalar aşağıdakı ünvanlarda keçirilir: Xətai rayonu - Ukrayna dairəsinin və Bakı kinoteatrının yanı, Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi, Yasamal rayonu - Akim Abbasov küçəsi, İran klinikasının yanı, Nərimanov rayonu - Gənclik metrosunun yanı, Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası, Suraxanı rayonu - Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12, Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.