Ölkə

Novruz bayramı günlərində Gədəbəyə gələn turistlərin sayı xeyli artıb

Metbuat.az

Gədəbəy, 28 mart,

AZƏRTAC

Dağlar qoynunda yerləşən Gədəbəy rayonu təmiz havası, füsunkar təbiəti ilə həmişə turistlərin diqqət mərkəzində olub. Xüsusilə təbiətin oyanan çağında buraya istirahətə gələnlərin sayında artım müşahidə edilir.


Gədəbəy rayon mədəniyyət və turizm şöbəsindən

AZƏRTAC

-a verilən məlumata görə, son illər istər yerli, istərsə də xarici turistlər arasında Gədəbəydə dincəlməyə maraq xeyli artıb. Təkcə keçən il rayonda 90 mindən artıq turist dincəlib. Bu rəqəmin cari ildə artması gözlənilir ki, bunun üçün də ilin əvvəlindən bir sıra hazırlıq işlərinə başlanılıb. Məhz bunun nəticəsidir ki, Novruz bayramı günlərində rayona gələn turistlərin sayında xeyli artım qeydə alınıb. Əsasən Slavyanka, İvanovka, eləcə də digər səfalı bölgələrdə yerləşən kəndlərdə dincələn turistlərə yüksək mədəni xidmət göstərilməsi üçün 20-dən artıq otel və istirahət mərkəzində hər cür şərait yaradılıb. Turistlərə 5 marşrut üzrə xidmət göstərilir ki, bu da onların mənalı istirahətini təmin edir.