Dünya

​Nigeriyada terrorçular 23 nəfərin başını kəsiblər

Metbuat.az

Bakı. 28 mart. REPORT.AZ/ "Boko haram" terror təşkilatının yaraqlıları Nigeriyada 23 nəfərin başını kəsiblər.


"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi bildirib.


"Cümə günü axşam silahlı şəxslər Buratay əyalətinə hücum edib. Onlar 23 nəfərin başını kəsiblər və yerli sakinlərin evlərini yandırıblar", - deyə məlumatda bildirilir.


Silahlıların hücumu Nigeriyada təyin edilən ümumi seçkilər ərəfəsində baş verib. Terrorçuların hücumu nəticəsində 32 nəfər zərər çəkib.