Dünya
Nigeriyada kamikadze qızın törətdiyi partlayış nəticəsində ölənlərin sayı 34-də çatıb
[ 11 Mart 2015 03:29 ]
Bakı-APA. Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərində törədilmiş partlayış nəticəsində ölənlərin sayı 34-ə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhərdəki bazarların birinin qarşısında baş vermiş partlayış kamikadze qız tərəfindən törədilib. Partlayış nəticəsində yaralananların dəqiq sayı barədə məlumat yoxdur.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Partlayışın “Boko Haram” terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.