Dünya

Nigeriya sərhədlərini üçgünlük bağlayır

Metbuat.az

[ 25 Mart 2015 21:50 ]



Bakı-APA. Nigeriya hökuməti prezident seçkiləri ilə əlaqədar ölkə sərhədlərini 3 gün boyunca bağlamaq barədə qərar qəbul edib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, sərhədlər martın 25-dən 28-dək bağlı qalacaq.

Qeyd edək ki, “Boko Haram” terror qruplaşması seçkiləri pozmaq hədəsi ilə çıxış etmişdi. Martın 28-də keçiriləcək seçkilərdə əsas namizədlər hazırkı dövlət başçısı Qudlak Conatan və 80-ci illərdə ölkəyə başçılıq etmiş Məhəmməd Buxaridir.