Dünya

Niderlandlı nazir və onun köməkçisi 15 il əvvəlki yalana görə istefa verməyə məcbur olublar

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

Niderlandın iki yüksək vəzifəli məmuru 15 il bundan qabaqkı cinayət işi ilə bağlı yalan danışdıqlarına görə istefa vermək məcburiyyətində qalıblar.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, Niderlandın ədliyyə naziri İvo Opstelten və onun köməkçisi Fred Tevenin ölkə mətbuatının “narkobaron” adlandırdığı Kis Helman adlı şəxsin məhkəmə ilə sövdələşməsinin detalları barədə maraqlanan parlamentə yalan məlumat verdikləri məlum olub.


Həmin vaxt baş prokuror postunu tutan Fred Teven “narkobaron” un üzərinə həbs qoyulmuş hesabındakı vəsaitin demək olar ki, hamısını Helmana qaytarmaq barədə göstəriş vermişdi. Jurnalistlər məmurların parlamentə 15 il əvvəlki hesabatında qaytarılan vəsaitin həcminin xeyli az göstərildiyini üzə çıxarıblar.