Dünya

Netanyahu üzr istədi

Metbuat.az

İsrailin baş naziri Benyamin Netanyahu ötən həftə keçirilən parlament seçkisində dediyi sözlərə görə ölkənin ərəb azlığından üzr istəyib.



ANS PRESS-in məlumatına görə, o deyib ki, ərəb vətəndaşlar “kütlə şəklində” səs verirlər. Onun bu sözləri İsrail və ABŞ-da tənqidə səbəb yaratmışdı.



ABŞ prezidenti Barak Obama administrasiyasının rəhbəri İsrailin insan hüquqları qrupuna bildirib ki, Vaşinqton B.Netanyahunun seçki ərəfəsi dediyini diqqətə almaya bilməz.



Xatırladaq ki, İsrailin baş naziri ötən gün öz iqamətgahında ərəb icmasının üzvləri ilə görüşündə üzr istəyib.


Mənbə
ANS PRESS