Dünya
Anspress
Milli.Az
Nemtsovun ruhu təhqir olundu
Rusiyanın paytaxtı Moskvada bir müddət əvvəl qətlə yetirilən müxalifət lideri
Boris Nemtsovun memorialı dağıdılıb.
Anspress
-in məlumatına görə, ötən gecə bir qrup şəxs mərhumun xatirəsinə onun qətlə yetirildiyi yerə düzülmüş gülləri, fotoşəkilləri və şamları dağıdıb. Bunun kim tərəfindən törədildiyini müəyyən etmək hələlik mümkün olmayıb.
Buna baxmayaraq, insanlar yenidən memorialı ziyarət edib, qətlin törədildiyi yerə qərənfillər düzüblər.
Nemtsov fevralın 27-sində Kreml yaxınlığında öldürülmüşdü. Faktla bağlı istintaq araşdırması davam edir.
Milli.Az