Dünya

Nemtsovun qətlində təqsirli bilinən Zaur Dadayev daxili qoşunlardan bu il istefa verib

Metbuat.az

[ 11 Mart 2015 06:34 ]


Bakı-APA. Rusiyalı siyasətçi Boris Nemtsovu qətlə yetirməkdə ittiham olunan Zaur Dadayev Rusiya DİN daxili qoşunların sıralarından bu il istefa verib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Rossiya-1” telekanalına müsahibəsində Rusiya DİN daxili qoşunların Şimali Qafqaz regionu üzrə komandirinin birinci müavini İqor Qrudnov bildirib.      

“Onun raportu təmin olunub. O, 2015-ci il üzrə  yanvarın 27-dən fevralın 28-dək 30 sutkalıq  məzuniyyətdə olub. Məzuniyyətdən qayıtdıqda müəyyən olunmuş qaydada xidmətdən azad edilib və hərbi hissənin siyahısından xaric edilib”, deyə Qrudnov qeyd edib.   

Qeyd edək ki, Nemtsovun qətlində təqsirli bilinən Zaur Dadayevin bir qədər əvvəl etiraf ifadəsindən imtina edib.