Nemtsovun "pişiyi" danışdı
31 yaşlı Zamira Duqujeva indi bütün günü demək olar ki, ağlamaqla keçirir. ANS PRESS-in məlumatına görə, fevralın 28-də o keşmiş sevgilisi, siyasətçi Boris Nemtsovun güllələnərək qətlə yetirildiyini eşidib. Bundan başqa sən demə onun köhnə rəqibi olan gənc model Anna Durintskaya da Nemtsovla görüşməyə davam edibmiş.
"Biz onunla sonuncu dəfə 8 ay əvvəl görüşmüşdük. Mən bu qız, Duritskaya haqqında təsadüfən xəbər tutudum. Amma Boris mənə deyirdi ki, onunla ciddi münasibəti yoxdur", bunu Zamira "komsomolskaya pravda"ya açıqlamasında deyib.
Ən maraqlısı odur ki, Duqujeva Qaraçay Çərkəz respublikasının sakinidir. Bu Qafqaz respublikasında isə kişi-qadın müansibəti paytaxt Moskvadan fərqli, daha ciddidir.
"Siz təsəvvür etmirsiniz mən və mənim ailəm necə bir cəhənnəmin içərisindəyik. Bizi gözümçıxdıya salıblar. Bu rüsvayçılıqdır. İndi biz necə yaşayaq?".
Qətldən bir müddət öncə qadın ailəsini görməyə gedibmiş. Hələ geri qayıtmamış qətl barədə eşidib.
Zamira Moskvanın ən böyük klinikalarından birində tibb bacısı işləyir. Amma o model kariyerası qurmaq arzusunda olub. Hətta özünün xüsusi internet bazada məlumat bazasını da yaradıb.
"Mən mülayim, stressə dayanıqlı, ünsiyyətcil, şən, mehribanam. Vaxt tapdıqca alış veriş etməyi sevirəm. Yəni şopoqolik demək olar", deyə o özü haqqında bazada qeyd edib.
Görünür ki, o Boris Nemtsovla da 2012-ci ilin may günlərində şoppinq edərkən rastlaşıb. Əvvəl birgə foto, sonra görüşlər. Duqujeva özünün də nömrəsini Nemtsova necə verdiyini xatırlamır. Hər şey çox tez baş verib. Onarın münasibəti iki il davam edib.
"Mən onun Ordınkedəki evində də olmuşam. Birlikdə zaman keçirmişik. O, çox qayğıkeş idi. Mənə "qafqaz pişiyim" deyirdi".
Səkkiz ay öncə isə münasibətlərində problem yaranıb. Qadının sözlərinə görə, onlar bir birinə zəng etməyiblər.
Duqujeyevanın dedikləri istintaq üçün çox önəmli ola bilər. O, Nemtsovun həyatına görə narahat olduğunu etiraf edib. "Bir dəfə Boris haradasa nə isə oxudu. Sonra kiməsə zəng edərək qışqırmağa başladı "onlar məni öldürəcəklər". O çox qorxmuşdu".
Bu hadisə 2012-ci ilin yay aylarında baş versə də əsaslı dəlil ola bilər.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də geə saatlarında güllələnib. Bu zaman onun yanında 23 yaşlı ukraynalı model Anna Duritskaya da olub. Qatil Nemtsova 4 dəfə atəş açdıqdan sonra maşınla qaçaraq gözdən itib.
MənbəANS PRESS