Dünya

Nemtsovun ölümü Sobçakı qorxudub

Metbuat.az

Teleaparıcı Kseniya Sobçak “qətlə yetirilə biləcək şəxslərin siyahısı” barədə məlumatdan sonra mühafizəsini gücləndirib.

Lent.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, siyahıda Kseniya Sobçakla yanaşı, “Exo Moskvı”nın rəhbəri Aleksey Venediktov və qiyamçı oliqarx Mixail Xodorkovski də var.

“Təəssüf ki, təhlükəsizliyimi gücləndirməli oldum. İndi mən cangüdənlə gəzməyə məcburam", - Kseniya Sobçak bildirib.

Hüquq-mühafizə orqanları isə yayılan siyahıları şərh etməyib.