Ölkə

Nemtsovun öldürüldüyü yerin yaxınlığından güllələr tapıldı (FOTO)

Metbuat.az

Dalğıclar Rusiya müxalifət lideri Boris Nemtsovun güllələndiyi körpünün yaxınlığında Moskva çayının dibindən iki tapança tapıblar.



ANS PRESS-in məlumatına görə, onlardan birinin müxalifətçinin qətlində istifadə edilmədiyi artıq dəqiqləşib.



İkinci tapança ballistik ekspertiza üçün qətl işini aparan istintaq komitəsinə göndərilib. Yaxın günlərdə ekpertizanın rəyi bilinəcək.



Məlumata görə, dalğıclar hər gün çayın dibini yoxlayırlar.



Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Qətlin təşkilinə görə Zaur Dadayev və Anzor Qubaşevə qarşı ittiham irəli sürülüb.









Mənbə
ANS PRESS