Dünya

Nemtsovun 23 yaşlı sevgilisi qorxuya düşdü

Metbuat.az

Son zamanların ən qalmaqallı qətllərindən olan Boris Nemtsov cinayətinin yeganə şahidi olan model Annanı öz doğma vətənində elə də yaxşı qarşılamadılar.



23 yaşlı model Kiyevə gəlib çatmamış ünvanına hədələr gəlməyə başlayıb. Ötən gün polisə müraciət edən Duritskaya öz doğma şəhərinə gələn kimi polisə müraciət edib və hədələndiyini deyib.



Amma kim olduğunu demir. Bir söz deyir - naməlum şəxslər. Hədələr isə telefonla gəlir. Maraqlısı odur ki, onun sözlərindən başqa qızın izlənməsinə dair heç bir şübhə yoxdur.



Lakin buna baxmayaraq Ukraynanın baş prokuroru Viktor Şokin Annanın dediklərini ciddi qəbul edib və bu işə nəzarəti şəxsən üzərinə götürüb. İndi onun şikayəti ilə bağlı həm cinayət işi açılıb, həm də xanıma mühafizə təyin edilib.



Xatırladaq ki, siyasətçi B.Nemtsov fevralın 27-də gecə saatlarında öldürülüb. Hadisə baş verən an onun yanında 23 yaşlı ukraynalı model Anna Duritskaya olub.

Mənbə
ANS PRESS