Dünya
ANS PRESS
Nemtsovla bağlı daha iki həbs
Çeçenistanda Moskvada qətlə yetirilmiş siyasətçi Boris Nemtsovun işi ilə bağlı daha iki nəfər saxlanılıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdən birinin yüksətrütbəli çeçen hüquq-mühafizə orqanı əməkdaşının yaxın qohumu olduğu deyilir.
"Bu şəxslər son günlər digər şübhəlilər Dadayev və Şavanovla əlaqədə olublar. Hazırda onların qətldə nə qədər iştiraklarının olduqları araşdırılır", - deyə məlumatı verən mənbə bildirib.
Həmçinin məlumatı ötürən mənbə Boris Nemtsovun islam haqda bnildirdiyi fikirlərə görə öldürüldüyünü deyib.
Xatırladaq ki, Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Ona dörd güllə vurulub.
MənbəANS PRESS