Neftin qiyməti qalxdı
Yəməndə baş verən hadisələr "qara qızıl"ın da qiymətinə təsirsiz ötüşməyib.
Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində bahalaşma müşahidə olunub.
ANS PRESS-in məluamıtna görə, Səudiyyə Ərəbistanının Yəməndə qiyamçılara qarşı hərbi əməliyyatlara başlaması dünya bazarlarında neftin qiymətinin 5% bahalaşmasına səbəb olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,10 dollar artaraq 51,31 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,55 dollar qalxaraq 59,03 dollar olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının neft mədənləri münaqişədən aralıda olsa da, ehtiyatlanmalar neftin təchizatında yarana biləcək çətinliklərlə əlaqələndirilir.
Mənbə
ANS PRESS