Digər

Neftin qiyməti düşdü

Metbuat.az

Nyu-York və London birjasında neft fyuçerslərinin qiyməti ucuzlaşıb.



ANS PRESS-in məluamıtna görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,56 (4,98%) dollar azalaraq 48,87 dollar təşkil edib.



ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 5,3% (3.5 dollar) enərək 56,04 dollar olub.



Qeyd edək ki, bir müddət əvvəl OPEC açıqlamasında bu il neftin qiymətinin 60-70 dollar arasında olacağını bəyan etmişdi.


Mənbə
ANS PRESS