Digər

Neftin qiyməti 100 dollar olacaq

Metbuat.az

Amerikalı maqnat, "BP Capital Management" kompaniyasının rəhbəri Tomas Bun Pikens neftin bahalaşacağını bildirib.



ANS PRESS-in məlumatına görə, neft maqnatı 2016-cı ilin sonuna kimi "qara qızıl"ın bir barrelinin 100 dollara qədər bahalaşacağını proqnozlaşdırıb.



Bu barədə 86 yaşlı milyarder San-Fransiskoda "Commonwealth Club of California" qeyri-kommersiya təşkilatında keçirilən görüşdə bildirib.



Daha əvvəl Pikens "Financial Times" nəşrinə müsahibəsində bildirib ki, neftin bahalaşması üçün ABŞ-ın şist sənayesi və Səudiyyə Ərəbistanı hasilatı azaltmalıdır.



Qeyd edək ki, brent neftinin barreli yarım il ərzində 110 dollardan 60 dollara qədər ucuzlaşıb.

Mənbə
ANS PRESS