Ölkə

Neftimiz yenə ucuzlaşdı

Metbuat.az

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 58,22 dollar/barel təşkil edib.



ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, neftin qiyməti martın 6-na nisbətən 4,32 dollar/barel azalıb.



ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə azalaraq 55,83 dollara düşüb.



Dünya bazarlarında WTI neftinin qiymətində də ucuzlaşma qeydə alınıb.



Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 48.97 dollar təşkil edib.

Mənbə
ANS PRESS