Ölkə

Neftçalalılar Novruzun gəlişini sevinclə qarşılayıblar

Metbuat.az

Neftçala, 18 mart, Mahir Babayev,

AZƏRTAC

Martın 18-də Neftçaladakı Bulvar kompleksində Novruzun gəlişi münasibətilə ümumrayon şənliyi keçirilib.


AZƏRTAC

xəbər verir ki, şənlikdə nümayiş olunan əl işləri, qədim el bayramının atributları, idmançıların nümunəvi çıxışları maraqla qarşılanıb.


Ümumrayon şənliyində çıxış edən rayon İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev sakinləri təbrik edib və Novruzun tarixindən danışıb.


Meydanda bayram tonqalı qalandıqdan sonra Dədə Qorqud və Bahar qız da bayram şənliyinə qatılıb. Kosa və Keçəlin oyunları, bahara həsr olunan maraqlı konsert proqramı alqışlarla qarşılanıb.