Ölkə

Neftçalada kənd təsərrüfatı və digər ərzaq məhsullarının satış yarmarkası təşkil olunub

Metbuat.az

Neftçala, 16 mart, Mahir Babayev,

AZƏRTAC

Novruz bayramı münasibətilə Neftçala rayonunda kənd təsərrüfatı və digər ərzaq məhsullarının satış yarmarkası təşkil olunub.


Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Əliköməc Babayev

AZƏRTAC

-a bildirib ki, martın 13-dən başlayan yarmarkaya gün ərzində 2 tona yaxın mal, qoyun və quş əti, 20 növdə kənd təsərrüfatı, 10 çeşiddə digər ərzaq məhsulları çıxarılır. Qiymətlər bazarla müqayisədə təxminən 15-20 faiz aşağıdır. Yarmarkalarda səyyar laboratoriyalar fəaliyyət göstərir. Gətirilən məhsullar müayinə olunduqdan sonra satışa buraxılır.


“Bu cür yarmarkaların təşkili kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan istehsalçıların məhsullarının satılmasına əlavə imkan yaradır ki, bu da həm alıcı, həm də istehlakçı üçün sərfəlidir”, - deyə Ə.Babayev vurğulayıb.