Digər
Neftçala sakini həmyerlisini bıçaqlayıb
[ 29 Mart 2015 14:13 ]
Bakı. Fuad Cəfərov – APA. Neftçala rayonunda bıçaqlaşma hadisəsi baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 28-də Neftçala rayonunun Dördlər kəndində Xolqarabuçaq kənd sakini Gülhəsən Muradov münaqişə zəminində kənd sakini Daşqın Rzayevə bıçaqla xəsarət yetirib.
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Muradov tutulub.