Ölkə

Naxçıvanlı şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya yola düşüblər

Metbuat.az

Naxçıvan, 17 mart, Rauf Əliyev,

AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından 160 nəfər IX-XI sinif şagirdi 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüblər.


AZƏRTAC

xəbər verir ki, Bakıda 4 qrupa ayrılacaq naxçıvanlı şagirdlər Lənkəran, Astara, Masallı, Quba, Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Göygöl, İsmayıllı, Şəki, Qəbələ istiqamətlərində səfər edəcək, həmin rayonlardakı tarixi-mədəni abidələrlə tanış olacaqlar.


Tur-aksiyanın əhəmiyyətindən danışan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Abdulla Əsgərov bildirib ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından əhəmiyyət kəsb edir.


Abdulla Əsgərov qeyd edib ki, tur-aksiyada iştirak edənlər ötən aylarda Naxçıvanda keçirilən test-sınaq imtahanlarında 450-700 arasında bal toplayan qabaqcıl, nümunəvi şagirdlərdir.