Naxçıvanın gözəlliyi Cəlilabad məktəblisini heyran edib
Naxçıvan, 22 mart, Tural Kəngərli,
AZƏRTACMüəllimlərimiz həmişə deyir ki, müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin xarakterində doğulduğu, boya-başa çatdığı torpağın xüsusiyyətləri cəmləşmişdi. Məhz buna görə də mən Naxçıvanı görməyə çox can atırdım. Axır ki, bu arzuma çatdım.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana səfər edən Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Mülazim Həşimzadə
AZƏRTAC-a müsahibəsində bildirdi.
Mülazim Həşimzadə dedi ki, biz məktəblilər bu diyarın görməli yerlərini gəzdik, tarixi abidələri ilə tanış olduq, əsrarəngiz mənzərələrini seyr etdik. Hər yer çox gözəldir. Ulu öndərimiz Heydər Əliyevin doğulub boya-başa çatdığ Naxçıvanın gözəlliyi məni heyran etdi.
“Prezidentimiz İlham Əliyevə minnətdarəq. Bu tur-aksiyalar bizə Vətənimizin gözəl güşələrini öz gözlərimizlə görmək imkanı qazandırır” - deyən M.Həşimzadə bildirdi ki, Naxçıvanda həm də çoxlu dostlar tapıb.