Ölkə
AZƏRTAC
Naxçıvanda taxıl sahələrinin sığortalanması davam etdirilir
Naxçıvan, 11 mart,
AZƏRTACNaxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və rayon dövlət sığorta agentlikləri payızlıq buğda və arpa məhsulu istehsalçıları üçün taxıl sahələrinin sığortalanması işini davam etdirir.
AZƏRTAC
xəbər verir ki, əkin sahələri sığortalandıqdan sonra yanğın, dolu, sel, daşqın və ya şaxtavurma zamanı məhsula dəyə biləcək maddi zərərlər muxtar respublikanın sığorta agentlikləri tərəfindən ödəniləcək.
Mövcud qanunvericiliyə əsasən, əkin sahibləri bağladıqları sığorta müqavilələrinə görə, sığorta haqlarının yalnız 50 faizini ödəyirlər. Qalan məbləğ isə dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.