Ölkə

Naxçıvanda qəza olub

Metbuat.az

Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına  görə, Naxçıvan şəhər sakini Murad Əsgərov idarə etdiyi “KİA” markalı avtomobili Kəngərli rayonu ərazisində aşırıb.


Xəsarətlə xəstəxanaya yerləşdirilən onun sərnişini, Naxçıvan şəhər sakini Bəhram Məmmədov orada ölüb.


Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyi , Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.