Naxçıvanda basketbol üzrə muxtar respublika çempionatına start verilib
Naxçıvan, 16 mart, Rauf Əliyev,
AZƏRTACNaxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi kişilər arasında basketbol üzrə muxtar respublika çempionatına start verilib.
AZƏRTAC
xəbər verir ki, çempionatın keçirilməsində əsas məqsəd muxtar respublikada basketbol idman növünü daha da inkişaf etdirmək və basketbol üzrə muxtar respublikanın yığma komandasını müəyyənləşdirib, onun Azərbaycan çempionatında iştirakını təmin etməkdir.
Çempionat iki dövrədən ibarət olacaq. İlk dövrəyə iyunun 8-də yekun vurulacaq. Çempionatın ikinci dövrəsi isə sentyabrın 27-də başlayacaq və dekabrın 27-də yekunlaşacaq.
Muxtar respublika çempionatının ilk oyununda “Naxçıvan” komandası İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Babək” komandasını qəbul edib. Daha üstün oyun sərgiləyən “Naxçıvan” komandası rəqibini məğlub etməyi bacarıb – 53:25.