Ölkə

Naxçıvan şəhərində bayram yarmarkası təşkil olunub

Metbuat.az

Naxçıvan, 17 mart,

AZƏRTAC

Naxçıvan şəhərindəki mərkəzi bazarda Novruz bayramı münasibəti ilə ənənəvi bayram yarmarkası təşkil olunub.


AZƏRTAC

xəbər verir ki, bayram yarmarkasına 57 sahibkarlıq subyekti tərəfindən 109 növdə, 321 çeşiddə məhsul çıxarılıb. Yarmarkada yerli fermerlər tərəfindən mal və qoyun əti, ağartı məhsulları gətirilib. Məhsullar alıcılara mağazalardakından 15-20 faiz ucuz qiymətə təklif olunur.


Yarmarkanın təşkil olunmasında məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasıdır.


Naxçıvan şəhərində sonuncu bayram yarmarkası martın 19-da təşkil ediləcək.