Ölkə

NATO nümayəndələri Hərbi Hava Qüvvələrinin zabitləri üçün kurs keçir

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

 


Martın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Almaniyada yerləşən Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən kurs başlayıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri üçün şəxsi heyətin birgə axtarış və xilas edilməsində iştirakına, o cümlədən bu sahədə fəaliyyətlərin təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılmasına dair təqdimatların edilməsi nəzərdə tutulub.


Təlim martın 6-dək davam edəcək.